Tələbələr istehsalat təcrübəsinə başlayıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 6 həftəlik istehsalat təcrübəsinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə 19 noyabr - 29 dekabr 2018-ci il tarixlərini əhatə edən təcrübədə Universitetin 17 nəfər tələbəsi Nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış ediləcək. Təhsil aldıqları ixtisas üzrə təcrübəyə malik olacaq tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə edəcəklər.

Tələbələrin nazirliyə cəlb olunduğu gün təşkil edilən tədbirdə Nazirliyin Aparatının rəhbəri Tural Şirəlizadə   tələbələrin əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklərini qeyd edib. O da vurğulanıb  bu təcrübənin gələcəkdə peşəkar kadr kimi yetişməkdə tələbələr üçün böyük rolu olacaq.

Qeyd edək ki, istehsalat təcrübəsində  nazirliyin 17 əməkdaşı tərəfindən 25 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin edilir. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılır, tələbələr maliyyə və mühasibatlıq mövzuları ilə bağlı geniş məlumat əldə edirlər.

Bundan əlavə, təcrübə müddətində tələbələr nazirliyin müvafiq şöbələri üzrə iş təcrübəsində iştirak edəcək və beləliklə, öz nəzəri biliklərini təcrübədə - iş prosesində möhkəmləndirəcəklər.

                                                                      

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: