Tələbələr üçün “Hüquq günləri” adlı lahiyə həyata keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Hüquq günləri” adlı layihə həyata keçirilib. 5 gün davam edən layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə müxtəlif mövzularda seminarlar keçirilib, hüquqi debat təşkil olunub. Onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə proseslərində iştirakları təmin olunub və layihənin sonunda tələbələrə səhnələşdirilmiş məhkəmə formatında təlim keçirilib.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Layihədə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.
Cavid Səfərli