“Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcək

A- A A+

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır. Seçimin başa çatması nəzərə alınaraq abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcək.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, “Abituriyent məsləhət mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Avrasiya universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin DİM-in Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.

Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 31-dən başlanıb və avqustun 7-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: