Alimlər: "İybilmənin itməsi yaddaş pozuntularına səbəb olur"

A- A A+

Yeni araşdırmalar iybilmə qabiliyyətinin insanda yarana biləcək potensial xəstəlikləri proqnozlaşdıra biləcəyini sübut edir.

NUHÇIXAN “ScitechDaily” saytına istinadla xəbər verir ki, ABŞ-nin Çikaqo Universitetinin alimləri bu barədə nevroloji tədqiqat aparıblar. Məlum olub ki, uşaq yaşlarından iybilmə qabiliyyətinin inkişaf səviyyəsi onun gələcəkdə nə kimi xəstəliklərə tutula biləcəyini göstərir.

Çikaqo Universitetinin Nevrologiya şöbəsinin alimləri kəşf ediblər ki, qoxu ilə əlaqəli APOE genində zədə olan uşaqlar gələcəkdə Altsheymer üçün risk qrupu təşkil edirlər. Digər bir tədqiqat isə iddia edir ki, iybilmənin itməsi hətta zəkanın inkişafdan qalmasına səbəb ola bilir.

Tədqiqatın baş koordinatoru Metyu Qudsimitin fikrincə, iybilmə ilə bağlı xəstəliyin erkən aşkarlanması və müalicəsi gələcəkdə bizi müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasından qoruyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: