Yaponiyalı alimlər yeni hava batareyaları yaradıblar

A- A A+

Yapon tədqiqatçılar mənfi elektrod üçün aktiv üzvi molekullardan və bərk keçirici polimerdən istifadə edərək təkmilləşdirilmiş performans və davamlılıq nümayiş etdirən, tam bərk vəziyyyətdə olub təkrar doldurula bilən hava batareyası SSAB-ı işləyib hazırlayıblar.

NUHÇIXAN “Scitechdaily” saytında yer alan məlumata istinadən xəbər verir ki, bu innovativ yanaşma elektronikada batareyanın ömrünü artırmaq və karbon istehsalını azaltmaq üçün əvəzedilməz rol oynayacaq.

Waseda Universitetinin alimləri qeyd edirlər ki, bu növ batareyada benzokinon əsaslı mənfi elektrodlardan istifadə olunur, bu elektrodlar da öz növbəsində daxili olduğu cihazı uzunmüddətli istifadəyə yararlı edir. Ənənəvi batareyalarda mənfi elektrodlar aktiv metal kimi xidmət edirdi. İndiki halda batareya mənfi elektrodlar azaldığı halda xinon və amin əsaslı birləşmələr hesabına onları təkrar istehsal edə bilir və bu cihazın ömrünü artırır.

Waseda Universitetindən professor Kenichi Oyaizu bildirir ki, batareyalar hələ ki arzuolunan səviyyəyə çatdırılmayıb. Bunun ən böyük səbəbi üzvi molekulların istifadəsi ilə bağlı problemlərdir ki, hazırda tədqiqat bu istiqamətdə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: