Naxçıvan ədəbi mühitinin tədqiqi işinə layiqli töhfə

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühiti: problemlər, prespektivlər” adlı kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən yeni nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktorları Fərman Xəlilov, Yaqub Babayev və filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıldır.

Kitabda Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu işıqlandırılıb. Ən qədim dövrlərdən Naxçıvanda ədəbi inkişafın vüsət və inkişaf tapması, keçdiyi inkişaf tarixi yeni nəşrin əsas problemidir. Tədqiqatçı alim tarixiliklə müasirliyi, sələflərlə xələfləri bir arada verməklə yanaşı, müxtəlif ədəbi, mədəni və elmi problemləri də təhlil edib, özünün fikir və mülahizələrini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: