Çinin ən nüfuzlu elmi nərşlərindən olan Pekin Xarici Dillər Universitetinin “Asiya və Afrika üzrə tədqiqatlar” jurnalında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin “Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycan ədəbiyyatında yeri” adlı məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, Çin Milli Bilik İnfrastrukturu (CNKİ) adlı elmi məlumatlar bazasında da yerləşdirilən məqalədə dahi Nizaminin “Xəmsə”sinə daxil olan bütün əsərləri ayrı-ayrılıqda şərh edilir. Bundan başqa, akademik İsa Həbibbəylinin məqaləsində Nizami Gəncəvinin Azərbaycan şairi olması danılmaz faktlarla sübut olunur. Bu, Nizami Gəncəvinin əsərlərini sistemli şəkildə çinli oxculara çatdıran ilk elmi məqalədir.
Qeyd edək ki, CNKİ Çində elmi əsərlərin və məqalələrin toplandığı ən böyük onlayn məlumat bazalarından biridir.