Dünya Kuboku: Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

A- A A+

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, 28 yaşlı qrosmeyster Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: