İnsanın tənəffüs yollarında yığılan mikroplastiklərlə bağlı araşdırma aparılıb

A- A A+

Ən yeni tədqiqatlara görə, insanlar hər saat təxminən 16,2 bit mikroplastiki nəfəs yolu vasitəsilə ciyərlərinə ötürə bilir ki, bu da bir həftədə təxminən bir kredit kartı ağırlığına bərabərdir. Plastik əşyaların parçalanması zamanı yaranan kiçik qalıqlar isə toksinlər və kimyəvi maddələrdən ibarət olub insan sağlamlığı üçün olduqca zərərlidir.

NUHÇIXAN “SciTechDaily” saytına istinadla xəbər verir ki, Sidney Texnologiya Universiteti, Qərbi Sidney Universiteti, Urmiya Universiteti və İslam Azad Universitetinin alimləri birgə araşdırma zamanı hesablama maye dinamikasını izləyiblər. Bu sistem alimlərə mikroplastikin daşınması və yuxarı tənəffüs yollarında çökmənin təhlili üçün model təqdim edir.

“İlk dəfə 2022-ci ildə tədqiqatlar zamanı insanın tənəffüs yollarının dərinliklərində mikroplastik tapıldı və müəyyən edildi ki, bu hal ciddi tənəffüs problemlərinə səbəb olur. Daha sonra biz plastik yığılmaların qarşısını ala bilmək üçün əvvəlcə plastik parçalarının necə tənəffüs yollarında mühafizə olunduğunu araşdırmağa başladıq. Bu gün biz nəinki plastikin yığılma səbəblərini və mexanizmini təyin etmişik, hətta onu parçalaya bilmək üçün ilk addımları da atmışıq”, -deyə tədqiqatçlardan biri Məhəmməd S.İslami bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: