Yeni ekzoplanet kəşfləri astronomiya nəzəriyyəsini çətinləşdirir

A- A A+

Astronomlar Korvus adlanan kiçik kütləli ulduzun ətrafında fırlanan “TOI-4860b” adlı unikal planet kəşf ediblər. İlkin müşahidələrə görə, planetin təxmini ölçüsü Yupiterin ölçüsü ilə bərabərdir.

NUHÇIXAN “SciTechDaily” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, ağır elementlərlə zəngin olan bu planet tamamilə ənənəvi planet əmələgəlmə modellərinə qarşı çıxır. Bu kəşf “isti” Yupiterin atmosfer şəraitini öyrənmək şansı verir və çoxlu ağır elementlər hesabına katalizləşən planet quruluşunu bizə təqdim edir.

Qeyd etmək lazımdır ki, sözügedən planeti ilk əvvəl NASA təsbit etmişdi, lakin ilkin ötəri baxış və lazımi diqqətin ayrılmaması yeni cismin planet olmasını dəqiqləşdirməyə kifayət etməmişdi. Daha sonra yeni məlumatları gözdən keçirən Birmingem Universitetinin alimləri bir çox qanunauyğunsuzluqlara baxmayaraq, “TOI-4860b”ni müşahidə altına alıb yekunda onun qeyri-adi planet olması nəticəsini əldə ediblər.

Birmingem Universiteti astronomlarının rəhbərlik etdiyi tədqiqatın yekunu Kral Astronomiya Cəmiyyətinin aylıq bildirişləri çərçivəsində də müzakirəyə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: