"Naxçıvan" Universitetində elmi-praktik konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, "Naxçıvan" Universitetində iqtisadiyyat fakültəsinin  təşkilatçılığı ilə "Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.  

Konfransda iqtisadiyyat kafedrasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımov "Aqrar siyasət  və ərzaq təhlükəsizliyi problemləri", Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov "Naxçıvan Muxtar Respublikasının ərzaq təhlükəsizliyinin təminatında aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri", İqtisadiyyat ixtisasının II kurs tələbəsi Məhərrəm Həsənov "Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir"  mövzusunda çıxış ediblər. Çıxış  edənlər ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar resublikamızda aparılan iqtisadi siyasətin uğurlu nəticələrindən danışıblar.

 Nuray ƏSGƏROVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: