“Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri” mövzusunda açıq dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Universitetinin tələbələrinin iştirakı ilə “Nemətullah Naxçıvaninin fəlsəfi görüşləri” mövzusunda açıq dərs təşkil olunub.
Açıq dərsdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov orta əsrlərdə yaşayan Nemətullah Naxçıvani haqqında geniş məlumat verib.
Qeyd edilib ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyənin elm tarixində mühüm yer tutur. Onun Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərlər hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyə Respublikasındakı Ağşəhərdə Nemətullah Naxçıvaninin adına dini orta məktəb fəaliyyət göstərir.
Naxçıvanşünaslıq Mərkəzində tələbələrə elektron məlumat köşkü, dövlət orqanları tərəfindən nəşr olunan materialların , elmi müəssisələr tərəfindən nəşr olunan çap materiallarının fonları və elektron oxu zalı haqda da ətraflı məlumat verilib.
Kəmalə Əliyeva