TEKNOFEST nəsli Türkiyə əsrində dünyanı dəyişdirəcək ideyalarla indi Ankaradadır.
NUHÇIXAN “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır söyləyib. O, qeyd edib ki, 1965-1980-ci illərdə doğulanlar X nəsli, 1981-1996-cı illər arasında doğulanlar Y nəsli, 1997-2012-ci illər arasında doğulanlar Z nəslidir. Hansı ildə olursa-olsun, dünyanı dəyişdirmək üçün doğulanlar isə T nəslidir. TEKNOFEST nəsli Türkiyə əsrində dünyanı dəyişdirəcək ideyaları ilə indi Ankaradadır.
Xatırladaq ki, avqustun 30-dan sentyabrın 3-dək Ankarada Etimesgut hava limanında keçiriləcək “TEKNOFEST”də rabitə və kommunikasiya, təhsil, kənd təsərrüfatı, fəlakətlərin idarə edilməsi, nəqliyyat və mobillik, kosmos, aviasiya və müdafiə texnologiyaları nümayiş ediləcək. Festival “Sən GƏLƏCƏKSƏN deyə Etimesgut hava limanındayıq” devizi altında keçiriləcək.