Ali təhsil ocağında tələbələr maarifləndirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, təhsil ocağının Elmi kitabxanasında “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr edilmiş “QİÇS: yayılması və profilaktikası” adlı dəyirmi masa keçirilib.

Tədbirdə tədris şöbəsinin müdiri Şahin Əliyev xəstəlik, onun yaranma arealı haqqında məlumat verərək diqqətə çatdırıb ki, QİÇS  daha çox zərərli vərdişlərin təsirindən yaranır.

“Tibbi klinik fənlər” kafedrasının müəllimi Abbas Əliyev “HİV virusu-kliniki əlamətləri və yayılma yolları”ndan, həmin kafedrasının dosenti, Tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “QİÇS-in dünyada yayılma vəziyyəti, profilaktikası və müalicəsi” mövzusunda çıxışlar ediblər. Qeyd olunub ki, müalicəsi bəlli olmayan QİÇS-ə yoluxma və ondan ölüm halları hər il çoxalsa da, xəstəliyin müalicəsi hələ ki, yoxdur. Müəyyən müalicə üsulları ilə xəstəliyə səbəb olan virusu dayandırmaq mümkün olur, amma orqanizmdən tamamilə çıxarmaq qeyri-mümkündür.

Diskussiya şəklində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: