Avqustun 31-də pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər test imtahanı verəcəklər.
NUHÇIXAN-ın məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, iki mərhələdə keçiriləcək hər bir seansda 1400-dən çox müəllimin iştirak edəcəyi gözlənilir: “Nəticələr təsdiq edildikdən sonra yaxın həftələrdə müsahibə mərhələsi ilə bağlı məlumat veriləcək. Müsahibələrin onlayn formada keçirilməsi nəzərdə tutulur”.