Naxçıvan Dövlət Universitetinin adı Böyük Britaniyada GMC (General Medical Council) siyahısına daxil edilib. Bu barədə NUHÇIXAN-a Universitetin rektoru Elbrus İsayev məlumat verib. Rektor bildirib ki, Azərbaycanda tibb təhsili həyata keçirən ali təhsil müəssisəsi kimi Naxçıvan Dövlət Universitetinin adı bu günədək “World Directory of Med Schools” siyahısında olsa da, artıq GMC (General Medical Council) siyahısına da daxil edilib. Universitetin Tibb ixtisasında təhsil alan tələbələrin uzmanlıq təhsillərini xarici ölkələrdə almaları üçün diplomun tanıdılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan artıq Naxçıvan Dövlət Universitetinin diplomu Böyük Britaniyada tanınır və “acceptable overseas qualification” statusu alıb.
Elbrus İsayev əlavə edib ki, məzunlarımızın xaricdə yüksək ixtisas qazanmaları üçün yeni bir cığır açılıb.