Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olublar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 1-3 sentyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.

Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” olmaqla 4 kateqoriya üzrə 20 rayon və şəhərdən ümumilikdə 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.

Olimpiadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət "Young inventors", "Deusra", "Fourtune" adlı komandaları təmsil edib. Olimpiadanın yekununda təmsilçimiz "Deusra" komandası "Robosport" kateqoriyası üzrə qalib olub. 

Qeyd edək ki, komandanın üzvləri Oğuz Nəcəfli, Abbas Zeynalov və Hüseyn Tahirovdur.

Qalib komandamız olan "Deusra" cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: