Naxçıvanda məktəblərə 193 mindən artıq pulsuz dərslik paylanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinə hazırlıq başa çatıb və dərsliklərin pulsuz paylanılmasına başlanılıb. Belə ki, tələbata uyğun olaraq məktəblərə 193 min 447 dərslik verilib. Həmçinin müəllimlər metodik vəsaitlərlə təmin edilib.

Bu tədris ilində ümumtəhsil məktəblərinin IV, VIII, XI sinifləri üçün nəzərdə tutulan bütün dərsliklər və VI sinif üzrə “Təbiət” dərsliyi yeni nəşrlərdir.

Dərsliklərin şagirdlərə vaxtında və pulsuz paylanması bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə isə təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etmək və biliklərə daha dərindən yiyələnməkdir.

Qeyd edək ki, Naxçıvanın ümumtəhsil məktəblərinin kitabxanaları 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunan bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün elektron tədris vəsaiti ilə təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: