Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan NUHÇIXAN-a bildirilib ki, payız sessiyası üzrə 3630 nəfərə TTK verilib. Onların arasından 1158 nəfərin müraciəti sosial TTK, 2472 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.