Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru vəzifədən çıxarılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova həm də 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Qeyd edək ki, yeni tədris ilindən öncə muxtar respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən 10-dan çox direktor işdən azad olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: