“Azərbaycan dilində isim kökləri” kitabı çapdan çıxıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktorunun elmi işlər üzrə müavini, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilində isim kökləri” kitabı “Elm” nəşriyyatında nəşr olunub.

AMEA-dan  NUHÇIXAN-a bildiriblər ki, nəşrin elmi redaktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Elbrus Əzizov və Məmmədəli Qıpçaqdır.

Kitabda Azərbaycan dilində işlənən təkhecalı və çoxhecalı isimlərin etimoloji şərhi verilib. Əsərdə isim kökləri müqayisəli-tarixi istiqamətdə təhlil edilib, 83 sözün etimologiyası müəyyənləşdirilib. Azərbaycan dilinin kompleks etimoloji lüğəti hazırlanmadığından bu kitabda verilən şərhlər isim köklərinin arxetiplərinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsil “Təkhecalı isimlər”, ikinci fəsil isə “Çoxhecalı isimlər” adlanır. Müəllifin qənaətinə görə, müasir Azərbaycan dilində quruluşca sadə hesab olunan isimlərin müqayisəli-tarixi təhlili göstərir ki, onlar bir çox halda ikiqat, üçqat kök+şəkilçi daşlaşmasına məruz qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: