Fransız dili fənnini tədris edən müəllimlər üçün kurs təşkil edilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə fransız dili fənnini tədris edən müəllimlər üçün təkmilləşdirmə kursu təşkil olunub.

Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Azərbaycanda Fransız dili Müəllimləri Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan kurs 5 gün davam edib.

Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Avropa dilləri və ədəbiyyatı” bölməsinin elmi katibi, Fransız dili ekspert şurasının rəhbəri Çəmən Babaxanova müəllimlərlə görüşərək tədris zamanı qarşılaşdıqları problemlər ətrafında müzakirələr aparıb. Vurğulanıb ki, hər yay fransız dili ixtisasını tədris edən müəllimlər Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Fransaya təkmilləşmə kursu üçün göndərilir. Qeyd olunub ki, gələcəkdə fransız dili fənni daha təkmilləşdirilmiş metod ilə tədris olunacaq.

Fransadan dəvət olunmuş mütəxəssis Ani Domanje Naxçıvanda fransız dilinin tədris metodlarını öyrədib, qarşılıqlı müzakirələr aparılıb. 

Muxtar respublika üzrə 66 müəllimin iştirak etdiyi kursun sonunda bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyinin sertifikatları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: