Naxçıvanda ADA Univerisitetinin təqdimatı davam edir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın ali və orta ixtisas təhsil müəssisələrində ADA Univerisitetinin təqdimatı keçirilir. Növbəti tədbir Naxçıvan Dövlət Universitetində olub.

“ADA” Univerisitetinin Tələbə Qəbul Şöbəsinin əməkdaşı Mahnur Abbasova universitet barədə iştirakçılara geniş məlumat verib. Qeyd edilib ki, Universitetdə Naxçıvanın orta məktəblərinin məzunları olan və yüksək bal toplayan onlarla tələbə təhsil alır.

Daha sonra Universitetdə magistraturaya qəbul qaydaları, ixtisaslar, xaricdə təhsil, təcrübə mübadiləsi, tələbələr üçün karyera hazırlıq mərkəzi, təqaüd proqramları, iş imkanları, eləcə də dil kursları və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Təqdimat slaytlarla müşaiyət olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: