Vəli Baxşəliyev AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyin olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki,AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vəli Baxşəliyevin müstəqillik dövrü Naxçıvan arxeologiyasının yeni tapıntı və materiallarla zənginləşdirilməsində, bir sıra tarixi faktların dövrünün dəqiqləşdirilməsində əvəzsiz xidmətləri vardır. O, illərdir davam edən Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyalarının Azərbaycan üzrə rəhbəri, həmçinin AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının rəhbəridir. 30-u kitab və monoqrafiya olmaqla, 300-dən artıq elmi əsərin müəllifidir. Yeni təyinata qədər alim Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: