Naxçıvan müəllimlərinin konfransı keçiriləcək

A- A A+

NUHÇIXAN Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 7-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçiriləcək.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyacaqlar.

Konfransda müəllimlərin ötən illərdəki fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə ediləcək, çıxışlar dinləniləcək.

Tədbirdə görkəmli pedaqoqların əsərlərindən seçmələr oxunacaq və Məhəmməd Tağı Sidqiyə həsr olunmuş “Xalqın müəllimi” sənədli televiziya filmi təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: