Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə müsabiqə elan olunub.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər oktyabrın23-də noyabrın 10-dək şəhər və rayon təhsil şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.
Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Namizədlər üçün tələblər: https://bitly.ws/XUN7
Vakansiya haqqında məlumat: https://bitly.ws/XUNY