“Naxçıvan” Universitetində Nobel mükafatçısı Əziz Səncərlə onlayn görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Universitetində  Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, dosent, iqtisad  üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin “Aziz Sancardan  Bilm  və Ulusal Kalkınma Üzerine Aforizmalar” adlı kitabın  təqdimat mərasimi keçirilib.

Nobel mükafatçısı  professor Əziz Səncərin  videobağlantı iştirakı ilə keçirilən tədbir türk dünyasının müxtəlif unversitetlərindən canlı bağlantılar və çıxışlarla davam edib.

Tədbirdə   Naxçıvan Universitetinin  rektoru Anar Kazımov,  Türkiyənin Naxçıvandakı baş konsulu  Asip Kaya , AMEA Naxçıvan Bölməsinin  sədri Akademik İsmayıl Hacıyev çıxışlarında kitabı Əziz Səncərin  aforizmləri haqqında dəqiq mənbə kimi dəyərləndirib, onun türk dünyasında və dünya elmindəki rolunu yüksək qiymətləndiriblər.

Kitabın  müəllifi  Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri  dosent Elşən Bağırzadə Əziz Səncərlə birgə əməyin və birbaşa Əziz Səncərin ön sözü ilə ərsəyə gələn kitab və onunla  türkdilli ölkələrdə keçirilən tədbirlərdən  xatirələrini bölüşüb.

Tədbirə videobağlantı ilə  qoşulan  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun  icraçı direktoru  Cəbi Quliyev, Türkiyə Respublikası  Atatürk Universitetinin professoru Kerem Karabulut, Türkiyə Respublikası Qars Qafqaz Universitetinin  professoru Hacalı Nəcəfoğlu çıxışlarında Əziz Səncərin türk dünyasının birləşməsində, elmi və mədəni əlaqələrinin güclənməsində xüsusi  roluna diqqət çəkiblər.

Sonra gənclər Əziz Səncərə suallar ünvanlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: