Bir dərs saatı ulu öndərə həsr edilib - FOTOLAR
Ulu öndərin anadan olmasının 95 illiyi münasibətilə ümumtəhsil məktəblərində 1 dərs saatı ümummilli lider Heydər Əliyevə həsr olunub.
NUHÇIXAN xəbər verir ki, ümumilli liderin həyat və fəaliyyəti ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən interaktiv dərsi eyni vaxtda ümumtəhsil məktəblərinin 220 şagirdi və Heydər Əliyev adına Hərbi Liseyin kursantları izləyib.
Şagirdlərə çatdırılıb ki, ümummilli liderin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Dahi şəxsiyyət respublikamıza rəhbərliyinin hər iki dövründə ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edib. Bu günkü müstəqil Azərbaycan isə ümummilli lider Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan mühüm qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Aygün Hüseynli
NTV xəbər