İnformasiya Texnologiyaları İnstitutunda pilotsuz uçuş aparatı (PUA) şəbəkə infrastrukturunu hədəf alan xidmətdən imtina kiberhücumlarının aşkarlanması metodu işlənilir.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, tədqiqat işində PUA-ları hədəf alan xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün yanaşma təklif edilib, bu məqsədlə “5G-NIDD” yeni verilənlər bazasından istifadə olunub. Verilənlər bazasında olan siniflər tarazlaşdırılıb, ən vacib xüsusiyyətlərin seçilməsi üçün müxtəlif yanaşmalar tətbiq edilib. Müxtəlif növ maşın təlimi metodlarından istifadə etməklə xidmətdən imtina kiberhücumları aşkarlanıb, nəticələr müqayisə olunub.