NMİ-də "Qərbi Azərbaycan-Tarixin izi ilə" adlı sərgi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Qərbi Azərbaycanla bağlı tədbirlər planı çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət "Qərbi Azərbaycan-Tarixin izi ilə" adlı sərgi keçirilib.  Sərgidə institutun rektoru Azad Novruzov sərginin təşkilində böyük əməyi olan İncəsənət kafedrasının dosenti, bu gün 65 illik yubileyi qeyd olunan Nizami Alıyevi təbrik edib, ona  gələcək fəaliyyətində uğurlar arzulayıb, institutun Fəxri fərmanı ilə təltif edib.

Tədbirdə İncəsənət kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İncəsənət kafedrasının dosenti Nizami Alıyev çıxış ediblər.  

Sonda sərgiyə baxış keçirilib, Kafedranın müəllimi Həbib Allahverdiyevin "İrəvan bazarı" adlı əsəri, Həbibə Allahverdiyevanın "Tarixin izi ilə", "Göy məscid", "Qayıdış" adlı əsərlər iştirakçıların marağına səbəb olub.

Aygül Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: