Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov,  YAP Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli və  Azərbaycan Respublikasının Əməkdar müəllimi Novruzəli Rəhimov çıxış ediblər. 

Qeyd olunub ki, Azərbaycançılığın bütün Dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. 

Məruzələr Dünya azərbaycanlılarının həmrəylik hərəkatına həsr olunan slaydlarla müşayiət olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: