Naxçıvanda sosial qayğıya ehtiyacı olan 454 məktəbliyə qış geyimi verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan məktəblilər diqqətdən kənarda qalmır. NUHÇIXAN xəbər verir ki, bu gün ümumilikdə 454 sosial qayğıya ehtiyacı olan uşaq isti qış geyimi ilə təmin olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs Günay Malikqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev və Həmkarlar İttifaqları Şurası sədrinin müavini Ramiz Cəfərov muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələri barədə məlumat veriblər. Bildirilib ki, sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısı da bunun bariz ifadəsidir.

Valideynlər göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: