Naxçıvanda məktəb direktorlarının və direktor müavinlərinin işə qəbulu müsabiqəsi keçiriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin ya bu ilin sonu, ya da gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan MR-in təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, texniki məsələlər həll olsa, müsabiqə bu ay, ən geci isə 2024-cü il yanvar ayında keçiriləcək: "Uğur qazanan namizədlər vakant yerlərə təyinat alacaq, eləcə də iki il ehtiyyat kadr bankında qalma imkanı qazanacaqlar".

E.Nəcəfov vurğulayıb ki, yaxın müddətdə direktor hazırlığı prosesinə başlanılacaq: "Gələcəkdə təhsilverənləri təlim prosesinə cəlb etməklə daha peşəkar, bacarıqlı direktorları müəyyənləşdirməyə nail olacağıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: