Xəzər Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Musiqi və incəsənət departamentinin rəhbəri Zülfiyyə Sadıqova Naxçıvan Dövlət Universitetində olublar.
İkitərəfli görüşdə NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayaraq universitetdə görməkdən məmnunluğunu bildirib. Prorektor ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları, beynəlxalq əlaqələri barədə danışıb.
İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı 1991-ci ildə Xəzər universitetinin Azərbaycanda ilk dəfə özəl universitet kimi fəaliyyətə başladığını diqqətə çatdırıb. Prorektor tədrisi ingilis dilində həyata keçirilən ixtisaslar barədə ətraflı məlumat verib.
NDU-nun Elm və innovasiyalar üzrə prorektoru Elsever Əsədov çıxış edərək gələcəkdə birgə əməkdaşlıq edəcəyimiz bir sıra sahələrə toxunub. Görüşdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Naxçıvan - Şərqin əfsanəsi kitabı hədiyyə edilib.