“Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” kitabı təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” kitabının təqdimatı keçirilib.

Bölmənin sədri akademik İsmayıl Hacıyev təqdimat tədbirində bildirib ki,  kitabın aparıcı mövzusu Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlərdir. Burada 15 müəllifin Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən məqalələri toplanıb.

Təqdimatda çıxış edənlər AMEA Naxçıvan Bölməsinin 21 illik fəaliyyəti dövründə Ulu Öndərin siyasi irsinin tədqiqi ilə bağlı çapdan çıxan kitab, monoqrafiya və məqalələri, keçirilən elmi konfransları bölmə əməkdaşlarının Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramının göstəricisi kimi dəyərləndiriblər.

Qeyd edək ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyası üzrə kitablar 2007-ci ildən başlayaraq nəşr edilir. “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” bu seriyanın sayca 17-ci kitabıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: