“Naxçıvan təbiətinin zənginliyi” mövzusunda açıq dərs keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya ixtisası üzrə 3-cü kurs tələbələri Araz- Elm İstehsalat Birliyində  keçirilən açıq dərsdə iştirak ediblər. Açıq dərs “Naxçıvan təbiətinin zənginliyi” mövzusuna həsr olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü və təbii sərvətlərə malik bir diyardır.  Regionumuzda yayılmış qiymətli meyvə sortlarının genefondunun toplanması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması, öyrənilməsi və mühafizə yollarının araşdırılması qarşıda duran mühüm vəzifələrdən biridir. Əkinəyararlı torpaqların təyinatına uyğun istifadəsi, qorunması ərzaq bolluğunun yaradılmasına və ən əsası ətraf mühitin mühafizə edilməsinə əsaslı töhfəsini verir.

Açıq dərsdə həmçinin tələbələrə limon və çiyələk bitkisinin əkilmə qaydasından, becərilmə şəraitindən bəhs olunub.

                                                         Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: