Naxçıvanın 4 məktəbi ilk dəfə qrant proqramının qalibi olub

A- A A+

Ölkədə ilk dəfə keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının nəticələri elan olunub.

NUHÇIXAN xəbər verir ki, proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla, ümumilikdə, 16 rayon və şəhəri əhatə edib.

16 qrant layihədən 4-nü Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri (Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 2 nömrəli, Ordubad rayon Dəstə kənd tam orta məktəbi və Culfa rayon Saltaq kənd tam orta məktəbi) qazanıb.

Qeyd edək ki, il ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: