AMEA-nın Naxçıvan Bölməsində elmi konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” adlı elmi konfrans keçirilib.
Konfransda ilk olaraq 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “20 Yanvar-tariximizin qəhrəmanlıq səhifəsidir” və “Azərbaycan ədəbiyyatında 20 Yanvar mövzusu”nda çıxışlar dinlənilib.
Tədbirdə çıxış edənlər bu tarixin önəmindən danışıb və faciənin faktları bir daha xatırlanıb. Vurğulanıb ki, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu olub. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvari tarixi proseslərə təkan verib.