İlk dəfə səs verəcək tələbələr üçün infosessiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün infosessiya keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə gənclərə seçki hüququ ilə bağlı məlumat verilib.

İnfosessiyada 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyanın sədri Çingiz Həsənli növbədənkənar seçkilərin keçirilməsinin zərurəti barədə ətraflı məlumat verib, gəncləri seçkilərdə fəal iştiraka çağırıb. İnfosessiya çərçivəsində gənclər seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirilib, ilk dəfə səsvermə hüququndan istifadə edəcək tələbələrin bu mövzuda məlumatlılıq səviyyəsi artırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: