Naxçıvanda ilk dəfə direktor müavinlərinin işə qəbulu müsabiqəsi keçirilib - VİDEO
NUHÇIXAN xəbər verir ki, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün muxtar respublikada ilk dəfə olaraq işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib.
Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi, işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə 23 təhsil müəssisəsindən 25 vakant vəzifə çıxarılıb və 100-ə yaxın namizəd iştirak edib. Müsabiqənin test mərhələsində hər bir namizədə pedaqogikada, metodika, təhsil qanunvericiliyi, əmək qanunvericiliyi və məntiqi təfəkkürün yoxlanılması üzrə ayrı-ayrılıqda 10, ümumilikdə isə 40 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər keçid balını toplamış sayılacaq və müsahibə mərhələsinə buraxılaraq komissiya tərəfindən müsahibə olunacaq.