Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarını idarə edəcək hakimlər bəlli olub

A- A A+

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, yanvarın 30-da keçiriləcək “Səbail” – “Zirə” matçını İnqilab Məmmədov, “Sabah” – “Qarabağ” görüşünü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Yanvarın 31-də oynanılacaq “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında Rauf Allahverdiyev, “Sumqayıt” – “Neftçi” oyununda isə Rəşad Əhmədov ədaləti qoruyacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar (çərşənbə axşamı)

15:00. “Səbail” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Nəriman Axundov

“ASCO Arena”.

19:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bank Respublika Arena”.

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Dalğa Arena”.

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: