“Barselona”nın cari ildə vurduğu qollarının 47,6 faizində Messinin payı var

A- A A+
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə komandanın 70 qolunda iştirak edib. Katalonlar bu il ümumi 148 qol vurublar. NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalı cari il “Barselona”da 47 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, futbolçu klubun qollarının 47,6 faizində iştirak edib. Qeyd edək ki, Messi “Barselona”da ümumilikdə 573 qolun müəllifidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: