Azərbaycan boksçuları Qazaxıstana yollanıblar

A- A A+

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hamısı 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.

Almatıda yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək. Olimpiya çəki dərəcələri üzrə yığma üzvləri isə bir müddətdir ABŞ-də toplanışdadırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: