UEFA Çempionlar Liqasının qrup mərhələsində ən dəqiq ötürmə edən futbolçu müəyyənləşib

A- A A+

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsində ən dəqiq ötürmə edən futbolçunun adı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubunun belçikalı yarımmüdafiəçisi Aksel Vitsel bu göstəriciyə görə birinci yeri tutub. Doxsan altı faiz göstərici ilə siyahıya başçılıq edən 29 yaşlı futbolçu qrup mərhələsində 447 ötürmədən 427-sini dəqiq yerinə yetirib.

Ötürmələrinin dəqiqliyinə görə ilk beşlikdə digər yerləri Toni Kroos (“Real Madrid”), Serxio Buskets, İvan Rakitiç (“Barselona”) və Marek Hamşik (“Napoli”) tutublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: