Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanan milli komandaların baza düşərgələri təsdiqlənib.
NUHÇIXAN UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, final mərhələsində iştirakı dəqiqləşən 21 ölkə yığmasının Almaniyanın hansı bölgəsində hazırlaşacağı bəlli olub.
F qrupunda mübarizə aparacaq Türkiyə yığması Barzinqhauzen şəhərində məskunlaşacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin açılış matçı ev sahib komanda ilə Şotlandiya arasında oynanılacaq.
Digər komandaların baza düşərgələri aşağıdakı kimidir:
Albaniya – Kamen
Avstriya - Berlin
Belçika - Lüdviqsburq
Xorvatiya – Noyruppin
Çexiya - Norderştedt
Danimarka - Froydenştadt
İngiltərə - Blankenhayn
Fransa - Paderborn
Almaniya - Hertsogenaurax
Macarıstan – Vayler-Zimmerberq
İtaliya - İzerlon
Hollandiya – Volfsburq
Portuqaliya - Xarzevinkel
Rumıniya - Vürtsburq
Şotlandiya - Qarmiş-Partenkirhen
Serbiya – Auqsburq
Slovakiya – Maynts
Sloveniya – Vuppertal
İspaniya - Donaueşingen
İsveçrə – Ştutqart
Türkiyə – Barzinqhauzen