2024-cü ilin ilk ayında 3 futbolçu dünyada hamıdan çox qol vurub.
NUHÇIXAN Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, bunlar Kilian Mbappe, Evanilson və Samuel Pançottidir.
Adıçəkilən oyunçuların hər biri yanvarda hesabına 7 qol yazdırıb. Çıxış etdiyi liqanın reytinqinə görə, Mbappe birinci pillədə yer alıb.
Azərbaycanda çıxış edən futbolçulardan heç biri siyahıya düşə bilməyib. Premyer Liqa iştirakçıları arasında yanvarda ən çox qola “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir imza atıb. Fransalı ölkə çempionatı və kubokunun hərəsində 2 olmaqla, ümumilikdə 4 qol vurub.