Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

A- A A+

Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

NUHÇIXAN-ın məlumatına görə, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.

Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: