Futzal üzrə muxtar respublika birinciliyi olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Yarışda olimpiya sistemi üzrə 8 komanda mübarizə aparıb. Final qarşılaşmasından öncə keçirilmiş üçüncülük uğrunda görüşdə “Naxçıvan” komandası “Kəngərli” futzalçılarını 5:3 hesabı ilə üstələyib.
Finaladək bütün rəqiblərini məğlub edən iki komanda-“Şərur” və “Sədərək” həlledici görüşdə qarşılaşıblar. Daha istəkli oyun nümayiş etdirən Şərur təmsilçiləri 5-1 hesablı qələbə qazanmaqla birinciliyin qalibi olublar.
Sonda qalib gələn komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev kubok, diplom və hədiyyələr təqdim ediblər.
Yarışın keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və futzal idman növünün təbliğ olunmasından ibarətdir.
Elvin Quliyev