Bakıda milli komandalar arasında keçiriləcək futbol turnirinin təqvimi dəqiqləşib

A- A A+

Bakıda milli komandalar arasında keçiriləcək futbol üzrə beynəlxalq turnirin təqvimi dəqiqləşib.

NUHÇIXAN xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.

Matçlar martın 22-də və 25-də gerçəkləşəcək. Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək.

Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq. Qarşılaşmaların hansı stadionda keçiriləcəyi və başlama saatı hələlik bəlli deyil.

22 mart

Azərbaycan – Bolqarıstan

Tanzaniya – Monqolustan

25 mart

Azərbaycan – Monqolustan

Tanzaniya – Bolqarıstan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: