Azərbaycan çempionatında Naxçıvandan 6 şahmatçı iştirak edəcək

A- A A+

Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8,10,12,14-16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından 284 yeniyetmə şahmatçı iştirak edib.

Yarışda muxtar respublikamız Naxçıvan Şahmat Federasiyasından 3 məşqçi və 13 idmançı ilə təmsil olunub. Şahmatçılarımızdan beşi etimadı doğruldaraq finala vəsiqə qazanmağa müvəffəq olub. 12 yaşlılarda Davud Mikayılov (Culfa), 14 yaşlılarda Mirsaleh Seyidli (Naxçıvan), Ramal Həsənov (Naxçıvan), 16 yaşlılarda isə Rza Həsənli (Naxçıvan) və Fatimə Yusifli (Şahbuz) iyun ayında keçiriləcək ölkə çempionatında iştirak hüququ əldə edib.

Xatırladaq ki, Yasin Əzimov (Naxçıvan) ötən il Azərbaycan ikincisi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdi. İdmançımız 10 yaşlılar arasında mübarizə aparacaq.


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: